KİV: Serj Sarqsyan gizlicə Koçaryanla görüşübbackend

KİV: Serj Sarqsyan gizlicə Koçaryanla görüşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az xəbər verir ki, bunu “Qraparak” qəzeti yazıb.

Bildirilib ki, son günlər Ermənistanın keçmiş hakim Partiyasının ofisində fəallıq müşahidə edilir. Pariyanın sədri, Ermənistanın keçmiş prezidenti Serj Sarqsyan gecədən keçənədək ofisdə oturub, partiyadaşlarını qəbul edir.

Qəzetin müxbiri partiyanın təmsilçisi Vaqram Baqdasaryandan soruşub: “respublikaçılar Partiyasının üzvlərindən Robert Koçaryanla görüşən olubmu?”

O, təmsil etdiyi partiyadan Koçaryanla görüşənin olmadığını söyləyib. “Qraparak” isə Sarqsyanla Koçaryanın görüşdüyü barədə məlumatlarının oldğunu yazıb: “Yeri gəlmişkən, Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanla Serj Sarqsyanın da mütəmadi olaraq görüşdükləri barədə məlumat var. Ancaq hələ bunu təsdiqləyə bilməmişik”.

İnterPress.Az