Həmsədr: “Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü planlaşdırdır”backend

Həmsədr: “Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü planlaşdırdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu sözləri ONA-ya açıqlamasında Azərbaycanda səfərdə olan ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Popov deyib. “Görüşün yeri və vaxtı hər iki ölkənin Xarici İşlər Nazirlikləri tərəfindən elan ediləcək”,- deyə həmsədr əlavə edib.

Qeyd edək ki, ATƏT-in Minsk qrupu həmsədrləri İqor Popov (Rusiya Federasiyası), Stefan Viskonti (Fransa), Endrü Şofer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik mayın 27-də Ermənistana səfər ediblər.

Ötən gün onlar Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində olublar. Bu gün həmsədrlər Azərbaycana gələrək Prezident İlham Əliyevlə görüşüblər. Görüşdə xarici işlər naziri Elmar Məmmədyarov da iştirak edib.

İnterPress.Az