Müdafiə Nazirliyindən verilən məlumata görə, təlimə hazırlıq çərçivəsində iki qardaş ölkənin dövlət bayraqlarının dəyişmə mərasimi keçirilib.
Bayraqdəyişmə mərasimində iştirak etmək üçün Əlahiddə Ümumqoşun Ordunun bayraq taqımı Naxçıvan şəhərindən Sədərək sərhəd-keçid məntəqəsinə-Araz çayı üzərindəki “Ümid” körpüsünə doğru yürüşə başlayıb.
Eyni zamanda Türkiyə Respublikasının bayraq taqımı da Qars şəhərindən Sədərək sərhəd-keçid məntəqəsinə doğru yürüş edib.
“Ümid” körpüsü üzərində Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirildikdən sonra iki qardaş ölkənin dövlət bayraqlarının dəyişmə mərasimi keçirilir
İnterPress.az






