AQTA: Çalışırıq ki, havaların isti keçməsi qidaları təhlükəli hala salmasınbackend

AQTA: Çalışırıq ki, havaların isti keçməsi qidaları təhlükəli hala salmasın

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

”Hazırda Agentliyin regional bölmələri tədbirlər planını icra etməkdədir. Biz çalışırıq ki, havaların isti keçməsi qidaları təhlükəli hala salmasın və əhalinin sağlamlığı təhdid altında qalmasın”.

İnterPress.Az -ın xəbərinə görə, bunu AQTA sədri Qoşqar Təhməzli deyib.

O bildirib ki, Qida Təhlükəsizliyi İnstitutunun nəzdində 21 laborator fəaliyyət göstərir: “Bu laboratoriyalar dan 6-sı Abşeronda, 15 laboratoriya isə regionlarda yerləşir. Dövri olaraq bütün laborator müayinələrə nümunələr götürülür və ekspertizalar aparılır”.

Q. Təhməzli qeyd edib ki, keyfiyyətinə və təhlükəsizlik göstəriciləri şübhəli bilinən məhsulların idxalı qadağan olunur: “Əgər məhsulların keyfiyyətində və təhlükəsizlik göstəricilərində problem varsa, müvafiq olaraq tədbirlər həyata keçirilir”.

İnterPress.Az