Slovakiyalı futbolçu: “Azərbaycan millisi bizim üçün əlverişsiz rəqibdir”backend

Slovakiyalı futbolçu: “Azərbaycan millisi bizim üçün əlverişsiz rəqibdir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az \”hlavnespravy.sk\” saytına istinadən xəbər verir ki, bu fikirləri Slovakiya millisinin futbolçusu Stanislav Lobotka qarşıdakı oyunlar barədə danışarkən deyib.

25 yaşlı yarımmüdafiəçi Xorvatiyanın da Azərbaycan yığması ilə matçda çətinlik çəkdiyini söyləyib. İspaniya \”Selta\”sında çıxış edən oyunçu bildirib ki, artıq hər bir komanda futbol oynamağı bacarır: \”Əlbəttə, Bakıda asan oyun gözləmirik. Rəqib evdə çıxış edəcək. Hər kəs, hətta San Marino da doğma meydana çıxış edəndə, rəqibin böyük komanda olmasına baxmayaraq, narahatlıq yarada bilir\”.

Qeyd edək ki, İordaniya ilə iyunun 7-də Trnavada yoldaşlıq matçı keçirəcək Slovakiya iyunun 11-də Bakıda Azərbaycan millisinə qarşı AVRO-2020-nin seçmə qrup oyununa çıxacaq.

İnterPress.Az