Fransa məhkəməsi separatçı Dağlıq Qarabağ rejimi ilə imzalanmış daha bir neçə “Dostluq xartiyası”nı ləğv edibbackend

Fransa məhkəməsi separatçı Dağlıq Qarabağ rejimi ilə imzalanmış daha bir neçə “Dostluq xartiyası”nı ləğv edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın xəbərinə görə, bu barədə Fransada fəaliyyət göstərən “armenews.com” erməni internet resursu məlumat yayıb.

Məlumatda bildirilir ki, məhkəmə işğalçı Dağlıq Qarabağ marionet rejiminin nümayəndləri ilə Valans, Bur-le-Valans, Bur-de-Peak departamentləri arasında imzalanmış “Dostluq haqqında xartiya”ları qanuni hesab etməyərək ləğv edib.

Qeyd edək ki, mayın 29-da Fransanın Serji-Pontuaz inzibati tribunalı da Arnuvill şəhəri ilə Azərbaycanın işğal altında olan Xocavənd rayonu arasında imzalanmış “Dostluq haqqında xartiya”nı ləğv edib. Qrenobl şəhər məhkəməsinin bu addımı Serji-Pontuaz inzibati tribunalı tərəfindən qəbul edilmiş qərarın məntiqi davamı sayılır.

İnterpress.az