Censen Huanq “NVIDIA” rəhbərliyindən uzaqlaşdırıla bilər.
İnterpress.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri məlumat yayıb.
Texnologiya nəhəngi “NVIDIA”nın Direktorlar Şurası şirkətin həmtəsisçisi və baş direktoru Censen Huanqı vəzifəsindən kənarlaşdırmağa hazırlaşır.
Şirkət rəhbərliyinin artıq onun yerinə yeni rəhbər axtarışına başladığı bildirilir.
Məlumata görə, belə bir sərt addımın atılmasına Huanqın eyni vaxtda iki nikahdankənar münasibətinin üzə çıxması səbəb olub.
Hazırda Direktorlar Şurası böyük rezonans doğuran bu qalmaqalla bağlı araşdırma aparır və iddiaların təsdiqlənməsi Huanqın şirkətdəki ali postunu itirməsi ilə nəticələnə bilər.
Xuraman Etibarlı
İnterpress.az






