Almatıda ŞOK OLAY: Yaşayış binasının pəncərəsindən 8 çamadan dollar ATILDI – VİDEObackend

Almatıda ŞOK OLAY: Yaşayış binasının pəncərəsindən 8 çamadan dollar ATILDI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almatıdakı “Atlant” yaşayış kompleksinin pəncərəsindən dollarla dolu səkkiz çamadan atılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Qazaxıstan mediası məlumat yayıb.

Qazaxıstanın Almatı şəhərində yerləşən “Atlant” yaşayış kompleksinin pəncərəsindən içi dollarla dolu səkkiz çamadan atılıb.

Hadisə hüquq-mühafizə orqanlarının korrupsiya faktı üzrə keçirdiyi xüsusi əməliyyat zamanı qeydə alınıb.

Məlumata görə, səhər saatlarında həmin ünvanda Qazaxıstanın “Samruk-Kazına” fondu və “Qazaxıstan Dəmir Yolları” şirkətinin rəhbər vəzifəli şəxsləri (top-menecerləri) saxlanılıb.

Şübhəlilərin dəlilləri gizlətmək məqsədilə içərisi xarici valyuta ilə dolu çamadanları tələsik pəncərədən aşağı atdıqları ehtimal olunur.

Hadisə ilə bağlı genişmiqyaslı istintaq araşdırması davam edir.

Xuraman Etibarlı

İnterpress.az