“Rosnano”nun sabiq rəhbərlərinə hökm oxunub.
İnterpress.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Rusiyada məhkəmə “Rosnano” şirkətinin üç keçmiş yüksəkvəzifəli rəhbərini vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə 5 ildən 7 il yarıma qədər azadlıqdan məhrumetmə cəzasına məhkum edib.
İstintaqın məlumatına görə, onların qanunsuz fəaliyyəti nəticəsində dövlətə 52 milyard rubl (təxminən 1 milyard 70 milyon manat) məbləğində maddi ziyan dəyib.
Məhkəmənin hökmü ilə şirkətin keçmiş icraçı direktoru Boris Podolski 5 il, maliyyə üzrə idarəedici direktor Artur Qalstyan 7,5 il, uçot metodologiyası, vergitutma və hesabatlılıq üzrə direktor Marina Kasenkova isə 6,5 il müddətinə koloniyaya göndərilib.
Vəkil Qrivtsov qeyd edib ki, təqsirləndirilənlərin bir hissəsi istintaqla sövdələşməyə gedərək öz günahlarını etiraf ediblər.
Xuraman Etibarlı
İnterpress.az






