Ryazanda saxta həkimin qurbanı olan pasiyent dünyasını dəyişib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Rusiyanın Ryazan şəhərində ticarət mərkəzində icarəyə götürülmüş kabinetdə həyata keçirilən liposaksiya (piy sovurma) əməliyyatı zamanı 41 yaşlı pasiyent həyatını itirib.
Əməliyyatı heç bir tibbi təhsili və lisenziyası olmayan 28 yaşlı saxta kosmetoloq həyata keçirirmiş.
Məlumata görə, Aksana Q. adlı qadın iyul ayından etibarən “Prestij” biznes mərkəzində müştəriləri qəbul edərək plastik və kosmetoloji prosedurlar icra edib.
O, sosial şəbəkələrdə özünü ali tibbi təhsilli və 5 illik təcrübəyə malik peşəkar mütəxəssis kimi təqdim edərək insanları aldadıb.
Hadisədən sonra saxta həkim polis tərəfindən saxlanılıb və faktla bağlı təhlükəsizlik tələblərinə cavab verməyən xidmətlərin göstərilməsi maddəsi üzrə cinayət işi başlanılıb.

Xuraman Etibarlı
İnterpress.az






