Rəfiqələri tərəfindən boğazı kəsilərək körpüdən atılan 17 yaşlı qız SAĞ QALDI – FOTO/VİDEO(18+)backend

Rəfiqələri tərəfindən boğazı kəsilərək körpüdən atılan 17 yaşlı qız SAĞ QALDI – FOTO/VİDEO(18+)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Omskda məktəbli qızların bıçaqlayıb körpüdən atdıqları rəfiqələrinin görüntüləri yayılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Rusiyanın Omsk vilayətində məktəbli qızlar qısqanclıq zəminində 17 yaşlı həmyaşıdları Viktoriyaya bıçaqla hücum edərək ona 20-dən çox zərbə endirib və ardınca körpüdən aşağı atıblar.

Boğazından və ayaqlarından dərin xəsarətlər alan gənc qız helikopter vasitəsilə təcili xəstəxanaya çatdırılıb, onun vəziyyəti ağır olaraq qiymətləndirilir.

Məlumata görə, zərərçəkənin qollarındakı vətərlər kəsildiyindən həkimlər onun gələcəkdə əllərindən tam istifadə edə biləcəyinə dair hələlik nikbin proqnoz vermirlər.

Hücumu həyata keçirən hər iki məktəbli qız saxlanılaraq polis bölməsinə aparılıb. Faktla bağlı cinayət işi açılıb, istintaq tədbirləri aparılır.

Xuraman Etibarlı

İnterpress.az