Nijni Novqorodlu bir qadın oğlunun ağlaması onu qıcıqlandırdığı üçün onu döyərək öldürüb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Rusiyanın Nijni Novqorod vilayətində 35 yaşlı qadın südəmər körpə oğlunu ağladığına və narahat davrandığına görə döyərək qətlə yetirib.
Uşağın tez-tez şıltaqlıq etməsi və yeməkdən imtina etməsi ananın aqressiyasına səbəb olub.
Körpəni sakitləşdirmək əvəzinə onu itələyən, zərbələr endirən və güclü şəkildə silkələyən qadın uşağa ölümcül bədən xəsarətləri yetirib.
Ağır travmalar alan azyaşlı hadisə yerində dünyasını dəyişib.
Məhkəmənin hökmü ilə cinayəti törədən ana 7 il müddətinə azadlıqdan məhrum edilərək cəzaçəkmə koloniyasına göndərilib.
Xuraman Etibarlı
İnterpress.az






