İnterpress.az-ın məlumatına görə, iclasa sədrliyi Milli Məclisin spikeri Oqtay Əsədov edir.
İclasda \”Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında\”, \”Bələdiyyələrin statusu haqqında\”, Mülki, Cinayət, Cinayət-Prosessual Məcəllələrinə və s. Qanun layihələrinə dəyişikliklər müzakirə olunacaq.
Bundan başqa, \”Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında\” qanun layihəsi də ikinci oxunuşda müzakirə ediləcək.
Xatırladaq ki, Milli Məclisin iyunun 13 və 14-də keçiriləcək plenar iclaslarının gündəliyinə ümumilikdə 36 məsələ daxildir.
Qeyd edək ki, Milli Məclisin xüsusi sessiyanın plenar iclaslarının iyunun 13-ü, 14-ü, 28-i və iyulun 9-u, 12-də keçirilməsi nəzərdə tutulub.
İnterpress.az