İnterpress.az-ın məlumatına görə, Ağdam təmsilçisi Çempionlar Liqasının I təsnifat mərhələsində Albaniyanın \”Partizani\” klubu ilə qarşılaşacaq.
UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutan püşkatmanın nəticəsinə əsasən Qurban Qurbanovun yetirmələri ilk matçı səfərdə keçirəcəklər. Bu oyun iyulun 9-u və ya 10-da baş tutacaq. Cavab qarşılaşması isə bir həftə sonra oynanılacaq
Qarşılaşmaların vaxtı püşkatmadan sonra dəqiqləşəcək.
İnterpress.az