İnterpress.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, nazirliyin \”112\” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Kür çayının Salyan rayonu, Aşağı Noxudlu kəndi ərazisindən keçən hissəsində 2 nəfər batıb. Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
APA-nın əldə etdiyi məlumata görə, batan şəxslərin 13 və 17 yaşlarındadır.
İnterpress.az