Çin dünyanın ən yükək texnologiyalı ordusunu yaradacaqbackend

Çin dünyanın ən yükək texnologiyalı ordusunu yaradacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə “South China Morning Post” nəşri Çin dövlət mənbələrinə istinadən məlumat yayıb.

İlk növbədə 120-yə yaxın mütəxəssis cəlb olunub. Onlar elmi-tədqiqat institutunda hərbi formalara süni intellekt və kvant texnologiyalarının tətbiq edilməsi üzrə işlər aparacaqlar.

Çin Hərbi Elmlər Akademiyasından elmi dərəcəsi olan mütəcəssislərin Çin Xalq Azadlıq Ordusunun üstün hərbi-texniki ordular sıralarına çıxması və Amerika ordusunu qabaqlaması üçün cəlb edilməsinə xüsusi önəm verir. Lakin məhz hansı Amerika göstəricilərindən bəhs olunduğu açıqlanmır.

Çin mətbuatı ölkənin yeni konsepsiyasına istinadən edir və bu konsepsiyaya görə, Çinin dünyada düşməni yoxdur, bununla belə, ordu istənilən rəqiblə mübarizə apara biləcək səviyyədə təşkil olunmalıdır.

Hazırda Çin ordusu əsgər sayına görə dünyada liderlik edir, onun sıralarında 2,2 milyon hərbi qulluqçu var.

İnterpress.az