Milli Məclisin sonuncu plenar iclasının gündəliyi müəyyənləşibbackend

Milli Məclisin sonuncu plenar iclasının gündəliyi müəyyənləşib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, iyulun 12-də keçiriləcək plenar iclasın gündəliyinə 28 məsələ daxildir. Bunlar “Azərbaycan Respublikasının Konsul Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Notariat haqqında”, “Dövlət rüsumu haqqında” , “2019-cu il Dövlət büdcəsi haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Dövlət satınalmaları haqqında”, “Əmək pensiyaları haqqında”, “İşsizlikdən Sığorta Fondunun 2019-cu il büdcəsi haqqında”, “Aqrar sığorta haqqında” qanun, həmçinin Vergi, Əmək, İnzibati Xətalar məcəllələrinə dəyişiklik layihələri və s.-dir.

Xatırladaq ki, Milli Məclisin növbədənkənar xüsusi sessiyasının plenar iclasları iyunun 13-ü, 14-ü, 27-si və iyulun 9-da keçirilib.

İnterpress.az