Maşın iki piyadanı vuraraq öldürdübackend

Maşın iki piyadanı vuraraq öldürdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, hadisələrdən biri Bakı-Mərdəkan yolunda qeydə alınıb. Bakı şəhər sakini, 1983-cü il təvəllüdlü İsmayıl Əliyev idarə etdiyi “Mercedes” markalı maşınla yolu keçən piyada, 1995-ci il təvəllüdlü Fərid Hətəmlini vurub. Nəticədə piyada aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib.

Piyadanın ölümü ilə nəticələnən digər yol qəzası Zığ yolunda baş verib. Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Fuad Əbdürrəhmanov idarə etdiyi “Mercedes” markalı maşınla 1956-cı il təvəllüdlü Vəli Murtuzovu vurub. Nəticədə piyada aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib.

Hər iki faktla bağlı müvafiq olaraq Xəzər və Xətai Rayon Polis İdarələri tərəfindən araşdırma aparılır.

İnterpress.az