İnterpress.az xəbər verir ki, turnirdə ölkəmizi təmsil edən Teymur Rəcəbov ikinci turda almaniyalı şahmatçı Liviu Dieter Nisipeanunu məğlub edib. Şahmatçımız 1,5 xalla liderlər qrupuna daxil olub.
Qeyd edək ki, təmsilçimiz ilk turda polşalı Radoslav Voytaşeklə heç-heçə etmişdi.
Beynəlxalq turnirə iyulun 21-də yekun vurulacaq.
İnterpress.az