İnterpress.az xəbər verir ki, Kanadada aparılan araşdırmaya görə ölkədə 2020-ci ildən etibarən sürücüsüz maşınlar istifadəyə verilə biləcək.
“Van Horne” institutu, Kanada Konfranslar qurumu və Kanada Avromatik Cihazların Təkmilləşdirilməsi mərkəzi tərəfindən reallaşdırılan sürücüsüz avtomabillər mövzusu müzakirə edilib. Araşdırmalara görə 2020-25-ci illərdə istehsalatına başlanılacaq sürücüsüz maşınlar Kanada iqtisadiyyatına 65 milyard dollar gəlir gətirəcək.
Tədqiqatı aparan qrupun direktoru Vijay Gil bildirib ki, sürücüsüz avtomabillər yol qəzalarının azalmasında, tıxacların münimuma salınmasında böyük təsiri olacaq. ”Ancaq bu yeni maşınlar yeni iqtisadi və sosial problemlərə də səbə ola bilər”.
Bu tip maşınların yük, kuryer, avtobus, taksi sürücülər, sığorta işçiləri, sürücü müəllimlərinin və digər bu tip insanların işlərinin itirə biləcəyinə diqqət çəkən Gil deyib ki, bu sistem insanlara nəqliyyat vasitələrindən qənaətlə istifadə etmələrinə səbəb olacaq.
İnterpress.az