101 ilin QÜRURU – Bakının Qurtuluş Günü qeyd edilibbackend

101 ilin QÜRURU – Bakının Qurtuluş Günü qeyd edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, “Qafqaz İslam Ordusu və Bakının qurtuluşu” adlı tədbir Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) və “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin birgə təşkilatçılığı, Azərbaycan Mətbuat Şurası ilə Milli QHT Forumunun dəstəyi əsasında baş tutub.

Tədbirdə Milli Məclisin deputatları Qənirə Paşayeva ilə Hikmət Babaoğlu, Türkiyənin Bakıdakı səfiri Erkan Özoral, media və QHT rəhbərləri, həmçinin Türkiyədən gələn araşdırmaçı-jurnalist Meryem Aybike Sinan, Əhməd Yəsəvi Vəqfinin sədri Fatma Sönmez, “Ötüken” nəşriyyatının rəhbəri Ayşegül Büşra Çalık, tədqiqatçı Neslihan Kabaklı və digər qonaqlar iştirak ediblər.

Mərasimdə çıxış edən Azərbaycanın millət vəkilləri, Türkiyə səfiri, o cümlədən, digər qonaqlar Bakının 101 il əvvəl bolşevik-daşnak qüvvələrindən azad edilməsinin tarixi əhəmiyyətini önə çəkərək, bu böyük hadisənin Azərbaycan-Türkiyə qardaşlığının çox mühüm və dəyərli parçası olduğunu bildiriblər.

Çıxışlardan sonra Azərbaycan incəsənət ustalarının iştirakı ilə geniş bədii proqram təqdim olunub.