Şirvanda mikroavtobus minik avtomobili ilə toqquşub, ölən var – FOTObackend

Şirvanda mikroavtobus minik avtomobili ilə toqquşub, ölən var – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

APA-nın Mil-Muğan bürosunun verdiyi xəbərə görə, hadisə Şirvan-Sabirabad yolunda qeydə alınıb. “Mercedes” markalı, 18 BX 708 dövlət nömrə nişanlı mikroavtobus “VAZ-21014” markalı, 18 BX 577 dövlət nömrə nişanlı avtomobillə toqquşub.

Qəza nəticəsində minik avtomobilinin sürücüsü hadisə yerindəcə keçinib. Mikroavtobusun sürücüsü isə xəsarətlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Şirvanda mikroavtobus minik avtomobili ilə toqquşub, ölən var - FOTO