13 yaşlı çinli qız 3 günə süni intellektlə “ana” yaradıb və 2600 dollar qazanıb.
İnterpress.az xəbər verir ki, bu barədə Çin mediası məlumat yayıb.
13 yaşlı çinli qız cəmi üç gün ərzində süni intellektdən istifadə etməklə istifadəçini telefon götürdükdə danlayan virtual “ana” yaradıb.
Məlumata görə, qız hazırladığı tətbiq sayəsində 2 600 dollar gəlir əldə edib.
Virtual ana istifadəçinin telefonundan həddindən artıq istifadə etdiyini müəyyən etdikdə ona irad bildirir və telefonu kənara qoymasını tələb edir.
Layihənin bu qədər qısa müddətdə hazırlanması və gəlir gətirməsi sosial şəbəkələrdə böyük maraq doğurub.
Xuraman Etibarlı
İnterpress.az






