Hicablı qızın hücuma məruz qalması barədə video SAXTA ÇIXDI – VİDEObackend

Hicablı qızın hücuma məruz qalması barədə video SAXTA ÇIXDI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İrkutskda hicablı gənc qız izləyici toplamaq üçün döyülməsi barədə saxta video çəkib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Rusiyanın İrkutsk şəhərində yaşayan 18 yaşlı hicablı qız sosial şəbəkələrdə izləyici sayını artırmaq məqsədilə döyüldüyünü göstərən saxta video çəkib.

Video qısa müddətdə geniş yayıldıqdan sonra izləyicilər qızın həqiqətən hücuma məruz qaldığını düşünüblər.

Polis hadisəni araşdıraraq gənc qızı müəyyən edib. O, əslində heç bir hücumun baş vermədiyini, videonu izləyici toplamaq üçün hazırladığını etiraf edib.

Qız həmçinin dini mənsubiyyətinə görə heç vaxt hücum və ya təzyiqlə üzləşmədiyini bildirib.

O, polisə verdiyi açıqlamada videosundan təsirlənən şəxslərdən üzr istəyib.

Xuraman Etibarlı

İnterpress.az