İnterpol “oğru”larla bağlı hesabat təqdim edibbackend

İnterpol “oğru”larla bağlı hesabat təqdim edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpres.az Rusiya mətbuatına istinadən xəbər verir ki, “Millenium” proqramı çərçivəsində aparılan müzakirələrdə “qanuni oğru”lar əsas müzakirə mövzusu olub.

Belarusin Daxili İşlər Naziliyinin yaydığı məlumata görə isə, məqsəd mütəşəkkil cinayətkar dəstələrlə mübarizə sahəsində təcrübə mübadiləsi aparmaq olub.

Avtoritetlərin Avrasiya məkanındakı kriminal duruma nəzarəti ilə bağlı da fikir mübadiləsi aparılıb. Diqqət əsasən keçmiş SSRİ məkanındakı ölkələrdən, xüsusilə Rusiya və Gürcüstandan olan “qanuni oğru”lara yönəlib.

Tbilisi və Kutaisi klanlarının kriminal aləmdəki nüfuzu və proseslərə təsir imkanları araşdırılıb.

“İnterpol”un kriminal informaiyanın analizi şöbəsinin rəisi Daniel Esri “Qanuni oğrular-2014” analitik hesabatını təqdim edib. Hesabatda məşhur “qanuni oğru”larla bağlı məlumatlar, “sxodka”lar, yeni status alan şəxslərin siyahısı yer alıb.

Toplantıda Gürcüstan tərəfi də hesabatla çıxış edib.

Elnarə
İnterpress.az