Barışmağa gələn gənc keçmiş sevgilisinin əlində ÖLDÜ – VİDEObackend

Barışmağa gələn gənc keçmiş sevgilisinin əlində ÖLDÜ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskvada 21 yaşlı qız barışmağa gələn keçmiş sevgilisini bıçaqlayaraq öldürüb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Moskvada 21 yaşlı qızın barışmaq üçün onun yanına gələn keçmiş sevgilisini bıçaqlayaraq öldürdüyü bildirilir.

Nəşrin məlumatına görə, ölən şəxs 22 yaşlı Vadim Ş. olub. O, qazın nəqli ilə məşğul olan şirkətdə çalışıb.

İlkin məlumata əsasən, gənc keçmiş sevgilisi Yuliya P. ilə barışmaq üçün onun yanına gəlib.

Aralarında yaranan mübahisə zamanı qız bıçaq götürərək ona bir zərbə endirib. Gənc hadisə yerində həyatını itirib.

Məlumatda qeyd olunur ki, Yuliya model kastinqlərində iştirak edib və modellər üçün yaradılmış qrupların üzvüdür.

Moskva üzrə İstintaq Komitəsi faktla bağlı qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açıb.

Şübhəli saxlanılıb və yaxın vaxtlarda istintaqa təhvil veriləcəyi bildirilir.

Xuraman Etibarlı

İnterpress.az