Yol aparılan təmir işlərilə əlaqədar bağlanır.
Belə ki, Dilarə Əliyeva küçəsində aparılan təmir işləri ilə əlaqədar olaraq Azadlıq prospektinin Şəmsi Bədəlbəyli küçəsilə kəsişməsindən 28 May küçəsi ilə kəsişməsinə qədər olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi bununla bağlı sürücülərə müraciət edib.
Sürücülərə alternativ olaraq Puşkin küçəsindən istifadə etmələri tövsiyə olunur.
İnterpress.az