Danimarka Ukraynaya göndəriləcək F-16 döyüş təyyarələrinin çatdırılmasının 6 ay təxirə salındığını bildirib.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
Ukraynaya göndəriləcək F-16-larla bağlı son inkişaflar Danimarkada nəşr olunan “Berlingske” qəzetinin xəbərində ölkə Müdafiə Nazirliyinin açıqlamasına əsaslanıb.
Danimarkanın Ukraynaya hədiyyə etdiyi təyyarənin çatdırılmasında 6 aylıq gecikmə olacağı bildirilən xəbərdə, Müdafiə Nazirliyinin Ukraynalı pilotların hazırlığı, texnikanın vəziyyəti və hava şəraitinin faktorlar arasında olduğunu açıqladığı bildirilib.
Xəbərdə çatdırılma tarixinin ukraynalı pilotların təliminin uğurla başa çatması və Ukraynanın F-16-ların saxlanması üçün kifayət qədər maddi-texniki baza və infrastruktura malik olması kimi müxtəlif şərtlərin yerinə yetirilməsindən asılı olduğu vurğulanıb və çatdırılma üçün bəzi şərtlərin olduğu qeyd edilib.
Normalda yeni ildən sonra təhvil verilməsi planlaşdırılan döyüş təyyarələrinin 2024-cü ilin ikinci rübündə təhvil verilməsi planlaşdırılır.