ABŞ-də 16 yaşlı qız qarət səbəbindən öldürülərək parçalanıb və zibil qabına atılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Amerika mediası məlumat yayıb.
İBildirilir ki, ABŞ-də 16 yaşlı qız qiymətli əşyaların oğurlanması səbəbindən öldürülərək parçalanıb. Onun qalıqları zibil qabında tapılıb.
Miranda Korset nənəsi ilə yaşayırdı. Lakin o qədər tez-tez evdən qaçırdı ki, onun yoxa çıxması adətən polisə bildirilmirdi.
16 yaşında o, artıq ana olub, oğlu indi 11 aylıqdır.
Qız fevral ayında onu öz evinə aparan 35 yaşlı Stivenlə görüşdükdən sonra yoxa çıxıb.
Bir neçə gün sonra Miranda, Stiven və rəfiqəsi Mişel evdən zinət əşyalarının yox olmasına görə mübahisə ediblər.
Bundan sonra cütlük 16 yaşlı gənci təhqir etməyə başlayıb və sonda onu öldürüb. Cəsədin qalıqları zibil qabına atılıb.
Xuraman Etibarlı
İnterpress.az