165 073 nəfər zəlzələ bölgəsindən təxliyə edilibbackend

165 073 nəfər zəlzələ bölgəsindən təxliyə edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türk Hava Yolları (THY) zəlzələ bölgəsindən 1002 uçuş həyata keçirib və indiyədək 165 073 insanı zəlzələ bölgələrindən təxliyə edib.

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

Qeyd edilib ki, axtarış-xilasetmə qruplarının zəlzələ bölgəsinə daşınması və fəlakət qurbanlarının bölgədən təxliyəsi üçün təşkil edilən uçuşlar davam edir.

Fəlakət baş verdiyi gündən bu yana təşkil edilən 1002 ekspedisiya ilə bölgədən 165 min 73 nəfər təxliyə edilib.

Bu gün ediləcək 109 təxliyə reysi ilə daha 19 min 878 fəlakət qurbanının zəlzələ bölgəsindən təxliyyə edilməsinin, 118 uçuşla isə 19 min 770 nəfərlik axtarış-xilasetmə qrupunun bölgəyə gətirilməsinin planlaşdırıldığı açıqlanıb.

Bildirilib ki, təbii fəlakət baş verdiyi gündən bu yana THY-nin həyata keçirdiyi 997 uçuşla 173 min 564 nəfərlik axtarış-xilasetmə və yardım qrupunun fəlakət bölgəsinə daşınıb.

Fəlakət bölgəsinə 5 min 955 ton humanitar yardım daşınıb.