3 yaşı hələ tamam olmamış Fərəh Məhərrəmovanın meyidi bu gecə ata evinə Xaçmaz şəhərinə gətirilib. Saat 12:00-da körpə Fərəh baba yurdu olan Quba şəhər qəbristanlığında dəfn olunub. Balaca Fərəhin babası, ixtisasca hüquqşünas olan Şəvkət Məhərrəmov uşağın anası Günayın da hadisədən zərər çəkdiyini, hazırda Toksikologiya Mərkəzində ağır vəziyyətdə olduğunu deyib.
Yanğında həyatını itirənlərdən daha birinin meyidi Qubaya gətirilib. Elmira Yəhyayeva da bu gün Quba qəbristanlığında dəfn olunub. Hadisə zamanı zəhərlənərək xəstəxanaya çatdırılan, 65 yaşlı Elmira Yəhyayeva bu gün gecə saatlarında Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində vəfat edib. Mərhumun cənazəsi bu gün səhər saatlarında Quba şəhərinə gətirilib. Oğlu Murad Yəhyayev hadisə zamanı mənzildə anası, həyat yoldaşı, 2 uşağı, Qubadan onlara qonaq gəlmiş bacısı, 49 yaşlı Rəhimə Ələkbərovanın olduğunu deyir. İndi onlar Toksikologiya Mərkəzində müalicə olunurlar. ( anspress.com )
İnterpress.az