18 yaşlı qız su kanalında batdıbackend

18 yaşlı qız su kanalında batdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Taxtakörpü-Ceyranbatan su kanalında gənc qız batıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə su kanalının Siyəzən rayonu ərazisindən keçən hissəsində 2003-cü il təvəllüdlü Aysel Aydın qızı Xalıqovanın batması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən A.Xalıqovanın meyiti kanaldan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

 

İnterpress.az