190 zəlzələ qurbanı Ankarada xəstəxanalarda müalicə olunurbackend

190 zəlzələ qurbanı Ankarada xəstəxanalarda müalicə olunur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kahramanmaraşda baş verən zəlzələlərdən sonra 3 gün ərzində Səhiyyə Nazirliyinə məxsus təcili yardım təyyarələri ilə Ankaraya gətirilən 190 yaralı 4 xəstəxanada müalicə olunub.

Bu barədə İnterpress.az Türkiyə mediasına istinadən xəbər verir.

Kahramanmaraşda 10 vilayətdə baş verən zəlzələdə xəsarət alan vətəndaşlar Səhiyyə Nazirliyinə aid təcili yardım təyyarələri ilə Ankara və İstanbuldakı xəstəxanalara çatdırılıb.

Zəlzələnin günorta saatlarından etibarən təcili yardım təyyarələri Adıyaman hava limanından yaralıları Ankara və İstanbuldakı xəstəxanalara aparır.

Bu gün saat 09.30-a olan məlumata görə, 190 yaralı Ankara xəstəxanalarında müalicə olunub. Yaralılardan 66-sı Ankaranın Bilkənd şəhərində, 112-si Ankara Etlik şəhərində, 10-u Ankara Gülhanə Təhsil və Araşdırma Xəstəxanalarında və 2-si Hacettepe Universiteti Tibb Fakültəsi xəstəxanalarında müalicə olunur.

Zəlzələ bölgəsindən xəsarət alanların göndərilməsi davam etdiriləcək.