2022-nin Fərruxları – ÖZƏLbackend

2022-nin Fərruxları – ÖZƏL

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu il Azərbaycanda Fərrux adı verilən uşaqların sayı məlum olub.

İnterpress.az-ın özəl olaraq əldə etdiyi məlumata görə, bu ilin yanvar ayından etibarən 5 uşağa Fərrux adı verilib.

Ötən il ərzində bu ad 18 uşağa, 2020-ci ildə isə 20 uşağa qoyulub.

Ümumilikdə isə son beş ildə Azərbaycanda 89 uşağa Fərrux adı verilib.

Qeyd edək ki, artıq bir neçə gündür ki, Azərbaycanın tarixi torpaqlarından olan Fərrux kəndi ordumuzun nəzarəti altına keçib. Xocalı rayonunun Fərrux kəndinin Azərbaycanın nəzarəti altına keçməsi hər kəs tərəfindən böyük sevinclə qarşılanıb. Sosial şəbəkələrdə isifadəçilər arasında kəndin adı isə dillər əzbərinə çevrilib.