Əsəd ilk dəfə etiraf etdi: “Gücüm qalmadı”backend

Əsəd ilk dəfə etiraf etdi: “Gücüm qalmadı”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, təxminən 1 ildən sonra ilk dəfə danışan prezident Bəşər Əsəd Suriya ordusunun əsgər sayının əhəmiyyətli dərəcədə azaldığını, bu səbəblə silahlı qüvvələrin ancaq əhəmiyyətli bölgələrin müdafiəsinə yönələcəyini bildirib.

Paytaxt Dəməşqdə birja nümayəndələri ilə bir araya gələn Əsədin çıxışını dövlət televiziyası canlı yayımlayıb. Əsəd nitqinin əhəmiyyətli bir hissəsini ölkəsində terroru bəslədiyini iddia etdiyi \”xarici güclərin\” tənqidinə ayırıb.

Əsəd çıxışında ölkəsində qarışıqlıq törədən qüvvələri tənqid edib: “Özləri vurulanda buna “terror” deyirlər. Biz vurulanda “inqilab, azadlıq, demokratiya, insan hüquqları” \”deyirlər. İndi terror təşkilatını özləri vururlar. Amma terrorun toxumunu əkənlər onu necə yox edə bilərlər ki? \”

“Hizbullah”a təşəkkür…

Əsəd Suriya böhranına siyasi həll tapmaq üçün başladılan cəhdləri təqdir etdiyini söyləyib. Ancaq \”Terroru yox etmək məqsədi daşımayan hər hansı bir çıxış yolu xəyali və mənasız olacaq\” deyərək ön şərtini ortaya qoyub. Əsəd verdiyi dəstəyə görə Rusiya, İran və “Hizbullah”a təşəkkür edib.

Silah var, əsgər yoxdur

Bəşər Əsədin çıxışının ən təəccüblü hissəsi isə Suriya ordusunun mövcud vəziyyətinə dair qiymətləndirməsi olub. Uzun sürən müharibə, fərarilər və köç səbəbiylə 2011-ci ildən əvvəl 300 min əsgərə sahib olan Suriya ordusunun bu gün əhəmiyyətli dərəcədə azaldığını etiraf edən Əsəd ordunun müdafiə strategiyasını dəyişmək məcburiyyətində qaldığını açıqlayıb: “Suriyanın hər qarışı qiymətlidir. Ordumuz qüdrətlidir. Əllərində hər şey var. Ancaq insan qüvvəsi olaraq çətinliklərimiz var. Bəzən müəyyən vəziyyətdə silahlı qüvvələrimiz üçün əhəmiyyətli bölgələri təyin edib seçməklə, digərlərindən imtina məcburiyyətində qalırıq. Ancaq mən bir çöküşdən bəhs etmirəm. Müqavimət göstərəcəyik. Silahlı qüvvələrimiz vətənimizi qoruya biləcək gücdədir”.

33 hava hücumu

ABŞ liderliyindəki koalisiya isə Suriya və İraqdakı İŞİD hədəflərinə 33 hava hücumu təşkil edib. Hücumların 20-i əsasən Ramadiyə istiqamətlənməklə İraqda reallaşdırılıb.

95 min kvadrat kilometrdə əsgər qalmayacaq

Suriya ordusu aylar əvvəl ölkənin şərq və şimalında təxminən 95 min kvadrat kilometr sahədə nəzarəti itirmişdi. Ordu birlikləri bölgədə yalnız Haseki və Hələbdə mövcuddur. Əl-Nusra Cəbhəsi liderliyindəki Fəth Ordusunun İdlib şəhərini ələ keçirməsi, Dəməşq-Lazkiyə xəttində Əsəd güclərinə ağır zərbə olub. Suriya ordusunun İdlibin geri alınmasına yönəlməsi gözlənilir.

Ordu 3 böyük şəhərə istiqamətlənəcək

Bəşər Əsədin açıqlaması ölkə rəhbərliyinin fərarilərə ümumi əfv elan etməsindən dərhal sonra olub. Suriyada qərərgahdan fərarilik etməyin və yoxlamadan qaçmağın cəzası ölümdür. Bu səbəbdən orduya yeni əsgər cəlbində böyük çətinliklər var. İsrail kəşfiyyat qaynaqlarına yaxın Debka.com saytı may ayında Palmira Antik Şəhəri İŞİD-in nəzarətinə keçdikdən sonra Dəməşq rəhbərliyinin əsgər çətinliyi yaşadığı üçün bölgənin müdafiəsindən çəkildiyini və ölkə əhalisinin yarıdan çoxunun yaşadığı paytaxt Dəməşq, Hələb və Lazkiyənin müdafiəsi və müxalif güclərdən təmizlənməsi üçün çalışacaqlarını iddia edib.

İnterpress.az