Türk Hava Yolları (THY) vasitəsilə bu gün zəlzələ bölgəsindən 26 min 699 sərnişin təxliyə ediləcək.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Kahramanmaraşda baş verən zəlzələdən sonra zəlzələ qurbanlarının təxliyyəsini həyata keçirən Türk Hava Yolları (THY) bu gün 26 min 699 vətəndaşı daşıyacaqlarını açıqlayıb.
“Bu gün üçün planlaşdırdığımız 150 evakuasiya reysi ilə 26 min 699 vətəndaşı daşıyacağıq. 6 fevral tarixindən etibarən cəmi 709 uçuşla 125 min 957 insanı təxliyə edəcəyik. Günün sonuna qədər təxliyyə əməliyyatı başa çatacaq”, məlumagda bildirilib.