İŞİD niyə DEAŞ oldu?backend

İŞİD niyə DEAŞ oldu?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki. dünyanın İŞİD olaraq tanıdığı terror təşkilatının adı son zamanlarda fərqli bir söz ilə ifadə edilir: DEAŞ! Bildiyimiz kimi İŞİD İraq Şam İslam Dövləti birləşməsinin qısaltması idi və bu termin son zamanlarda DEAŞ-DAİŞ-DAESH sözlərinə çevrilib.

Uzun müddətdir PKK-ya yaxınlığı ilə tanınan kürd media orqanı ANF (Fırat Xəbər Agentliyi-Fırat News) bu termini tez-tez istifadə etməyə başlayıb.

Hətta bu qısaltma İran, Livan və kürd mediası ilə yanaşı digər media qurumları tərəfindən də istifadə edilməyə başlanıb. Bütün dünya ilə birlikdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da İŞİD sözünü ataraq DEAŞ sözünə üstünlük verir.

Fransa işə qarışmışdı

İŞİD sözünün dəyişiminin əvvəlcə Parisdə başladığını görürük. Prezident Rəcəb Tayyib Ərdoğanın belə İŞİD-i artıq istifadə etməməsinin qaynağı Parisdən gəlir. Fransa hökuməti yaxın bir zamanda təşkilatın adının rəsmən \”DAESH\” olaraq dəyişməsi üçün bir kampaniya başlatmışdı. Orijinal yazılışı DAESH olan, DEAŞ sözü, terror təşkilatının ərəbcə adının (ad-Dawlah al-Islamiyah fil-\’Iraq wa ash-Sham) ilk hərflərindən meydana gəlib. İlk dəfə Fransa xarici işlər naziri Laurent Fabius bu mövzuda danışanda İŞİD sözü əvəzinə DEAŞ işlədib. Fabius 10 sentyabrda bu mövzuda fikir bildirəndə İŞİD üçün \”Bunlar bir dövlət deyil, bir terrorçu qruplaşmasıdır. Mən, İslam Dövləti terminini istifadə etməməyi tövsiyə edirəm, çünki bu termin İslam və müsəlman mənalarını ifadə edir. Bu qrup sadəcə, ərəblərin söylədiyi kimi DAESH, ya da mənim bundan sonra istifadə edəcəyəm kimi, “DAESH qatilləri\”dir” ifadələrindən istifadə etmişdi. Fabiusun bu sözlərindən beş gün sonra, Fransa prezidenti Olland da DAESH terminini istifadə etməyə başlamışdı. Prezident Rəcəb Tayyib Ərdoğanın təşkilata DEAŞ deməkdə məqsədi isə, yenə bənzər bir məna daşıyır. Prezident bu mövzuda fikrini belə etmişdi; “İslamı terror təşkilatı olaraq göstərmək istəyənlər var. Mənası sülh olan din əsla terrora icazə verməz. Diqqət edin “İŞİD” sözünü də istifadə etmirəm. Çünki bunlar terror təşkilatıdır.”

“DEAŞ terror təşkilatıdır”

Prezident Rəcəb Tayyib Ərdoğan Fransız Beynəlxalq Əlaqələr İnstitutunda qatıldığı bir konfransda da İŞİD yerinə nə üçün DEAŞ-DAESH-ı istifadə etdiyini detallı bir şəkildə izah edib. Rəcəb Tayyib Ərdoğan çıxışında \”Bir çox media orqanı bu terror təşkilatını islami bir təşkilat olaraq, göstərmək istəyir. “İslam” sözü mənası sülh olan “sin” sözündən törəyib. Mənası sülh olan din əsla terrora icazə verməz. Diqqət edin “İŞİD” də istifadə etmirəm, “DAESH” istifadə etmirəm. Çünki bunlar terror təşkilatıdır.\”

İŞİD-in ingilis dilində qarşılığı “ISIS” və “ISIL” şəklindədir. “ISIS” qısaltması İŞİD dözünün tam tərcüməsidir : The Islamic State of Iraq and al Sham. “ISIL” qısaltması isə, İraq və Levant (Şərq Aralıq dənizi ölkələri) İslam Dövləti mənasını verir. Təşkilat üçün qısaca \”IS\” qısaltması da istifadə edilir. Bu qısaltma (The Islamic State) İslam Dövləti mənasını gəlir.

İnterpress.az