İtən Malayziya təyyarəsinin parçası tapıldıbackend

İtən Malayziya təyyarəsinin parçası tapıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, dünyadakı uçuşlar haqqında məlumat verən Fliqht-Report Twitter hesabında yaydığı xəbərdə adada yerləşən parçanın MH370-in sağ qanadına aid olduğunu iddia edib.

Çərşənbə günü Reunion adasında tapılan, dəniz qabıqları ilə örtülmüş halda olan parçanın təyyarəyə aid olub- olmadığı mövzusunda bir qərara gəlmək üçün Malayziyadan mütəxəssislərin adaya göndərildiyi qeyd olunub.

Avstraliya Yayım Qürumunda (ABC) yer alan xəbərə görə, Malayziya nəqliyyat naziri Liov Tionq Lai etdiyi açıqlamada \”Nəticədə hansı növ dağıntı olursa-olsun onun MH370-ə aid olub-olmadığını anlamaq üçün yoxlamaq lazımdır. Bu səbəblə məsələni araşdırmaq üçün bir qrup göndərdik və ən qısa zamanda bir nəticə alacağımıza ümid edirik\” deyib.

İnterpress.az