Bakıda 8 otaqlı ev yanıbbackend

Bakıda 8 otaqlı ev yanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın paytaxtın Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 192 kv.m olan ikimərtəbəli 8 otaqlı fərdi yaşayış evində baş verib. Nəticədə evin 1-ci mərtəbəsində 2 otağın, dəhlizin yanar konstruksiyaları və ev əşyaları 40 kv.m sahədə, 1 otağın tavanı 14 kv.m sahədə , 2-ci mərtəbədə 1 otağın tavanı 15 kv.m sahədə və evin çardağının yanar konstruksiyaları 48 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

İnterpress.az