Xəzərdə iki nəfər batıb, iki nəfər xilas edilibbackend

Xəzərdə iki nəfər batıb, iki nəfər xilas edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Neftçala rayonu ərazisində dənizdə (nəzarət olunmayan ərazidə) 1 nəfərin cəsədi nazirliyin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 20:30-da başa çatıb.

Bakı şəhəri, Xəzər rayonunda dənizdə batdığı ehtimal olunan bir nəfərin axtarışlarına nazirliyinin dalğıc-xilasediciləri tərəfindən başlanılıb. Əlavə məlumat veriləcək.

Bakı şəhəri, Sabunçu rayonunda dənizdə (“Bilgəh” sularda xilasetmə məntəqəsinin ərazisində) batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən sudan çıxarılaraq xilas olunub. Əməliyyat saat 19:20-də başa çatıb.

Bakı şəhəri, Səbail rayonunda dənizdə (“Şıx-2” sularda xilasetmə məntəqəsinin ərazisində) batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən sudan çıxarılaraq xilas olunub. Əməliyyat saat 19:05-də başa çatıb.

İnterpress.az