Türkiyənin hava əməliyyatları PKK rəhbərliyinin qaçmasına səbəb olubbackend

Türkiyənin hava əməliyyatları PKK rəhbərliyinin qaçmasına səbəb olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın Anadolu agentliyinə istinadən verdiyi xəbərə görə, Diyarbəkirdə yerləşən 8-ci Əsas Təyyarə Baza Komandanlığından havaya qalxan döyüş təyyarələri, separatçı terror təşkilatının daxilində və xaricdə müəyyən edilmiş hədəfləri nişan alıb.

Pilotsuz və kəşfiyyat və müşahidə təyyarələri vasitəsilə edilən hədəf seçimlərinin ardından döyüş təyyarələri, texnoloji bombalarla PKK-nın Qəndil, Zaho, Zap, Mətnə və Hakurk düşərgələrinə hava əməliyyatı keçirib.

Əməliyyatların ardından Qəndildə yerləşən terror təşkilatı mənsublarının üçdə biri ərazini tərk edib. Yüksək səviyyəli rəhbərliyin isə üç qrupa bölündüyü bildirilir.

İnterpress.az