Suriyada 5 təşkilat kürdlərə savaş elan etdibackend

Suriyada 5 təşkilat kürdlərə savaş elan etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın Türkiyənin “Sabah” qəzetinə istinadən verdiyi məlumata görə, PKK terror təşkilatının Suriyadakı qolu YPG-ə qarşı müharibə elan edən təşkilatlar yeni qurucusu köhnə bir Əl-Qaidə rəhbəri olan “Ahrar’uş Şam”, “Feylak-eş-Şam”, “Fəcr-ər-Şam, “Suvar-əş-Şam”dan ibarətdir. Açıqlamada qərarın səbəbinin Afrinin cənubunda YPG-nin bəzi təpələrə hakim olması göstərilib.

Digər tərəfdən Afrində PKK terror təşkilatının Suriyadakı qolu YPG ilə “Nusra Cəbhəsi” arasında qarşıdurmaların sürdüyü öyrənilib. “Nusra”nın Afrinə gedən yolları ələ keçirmək üçün hücumlar etdiyi deyilir, şəhərin cənubu, cənub-şərqi və Azez-Afrin arasında isə 5 təşkilat ilə YPG arasında qarşıdurmalar yaşanır.

Mövzu ilə əlaqədar Sputnik-ə danışan Afrin Kantonu müdafiə naziri Abdo İbrahim Şereva və Cındıres bölgələrində YPG ilə “Nusra Cəbhəsi” arasında şiddətli olmasa da, zaman-zaman qarşıdurmalar yaşandığını deyib. Onun sözlərinə görə, qarşıdurmalar səbəbi ilə YPG bölgədə möhkəmlənməyə başlayıb.

İnterpress.az