Azərbaycan Mərkəzi Bankının (AMB) avqustun 3-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi 0,0002 manat və ya 0,02% azalaraq 1,0493 manata düşüb.
Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0036 manat və ya 0,31% artaraq 1,1488 manat olub.
İnterpress.az