Tacir Şahmalıoğlunun qardaşının meyiti tapılıbbackend

Tacir Şahmalıoğlunun qardaşının meyiti tapılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə APA-ya müğənni T. Şahmalıoğlu özü məlumat verib.

Onun sözlərinə görə, qardaşı, 36 yaşlı Mahir Allahverdiyevin meyiti Corat qəsəbəsində dəniz kənarında aşkar edilib. Dalğa meyiti sahilə çıxarıb.

Mərhum bu gün dəfn olunacaq.

Qeyd edək ki, iyulun 31-də Mahir Allahverdiyev və digər 2 nəfər Novxanı çimərliyində skuterlə dənizə çıxıb. Məlum olmayan səbəbdən skuter aşıb. Hadisə nəticəsində M.Allahverdiyev batıb. M. Allahverdiyevin batmasına səbəb olaraq onun üzərində xilasedici jiletin olmadığı bildirilir.

İnterpress.az