Ağstafada silahlı insident olubbackend

Ağstafada silahlı insident olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Qazax rayon sakini Şadət Süleymanov Ağstafa Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək iyulun 31-də rayonun “Ceyrançöl” adlanan ərazisində Dağkəsəmən kənd sakini İmran Qafarovun münaqişə zəminində onu döyməsini və ov tüfəngindən onun istiqamətində havaya atəş açmasını bildirib.

Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Qafarov tutulub və ondan “TOZ-16” markalı tüfəng götürülüb.

Faktla bağlı araşdırma aparılır.

İnterpress.az