Bakıda yaşayış binası yanırbackend

Bakıda yaşayış binası yanır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şahidlərin APA-ya verdiyi məlumata görə, hadisə Səbail rayonu Zərifə Əliyev prospekti 32 ünvanında qeydə alınıb. Həmin ünvanda yerləşən yaşayış binasında baş verən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri cəlb edilib.

Dövlət Yanğından Mühafizə Xidmətindən APA-ya bildirilib ki, yanğın yaşayış binasının blokunda meydana gəlib.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

İnterpress.az