“Mercedes” ağaca çırpıldı, sürücü öldübackend

“Mercedes” ağaca çırpıldı, sürücü öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Zaqatala rayonunun Muxax kənd sakini 26 yaşlı Arif Həmzəyev idarə etdiyi “Mercedes” markalı 99 DK 414 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək maşını yolun kənarındakı qoz ağacına çırpıb. Zərbənin gücündən maşın qəzadan sonra bir neçə yerə parçalanaraq deformasiyaya uğrayıb. Sürücü Arif Həmzəyev aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır. ( report.az )

İnterpress.az