Azərbaycan Premyer Liqasının yayım hüququnun qiyməti: 1 milyon manatbackend

Azərbaycan Premyer Liqasının yayım hüququnun qiyməti: 1 milyon manat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın AFFA-ya istinadən verdiyi məlumata görə, tenderdə iştirak etmək üçün yalnız bir TV kanalı müraciət edib. Tenderin yekun qərarı barədə yaxın günlərdə rəsmi məlumat veriləcək.

Tenderin şərtləri aşağıda qeyd olunub:

– Premyer Liqanın hər tur minimum 2 oyun canlı yayımlansın;
– Oyunları yayımlayacaq televiziya kanalında mövsümü əhatə edən həftəlik futbol verilişi hazırlansın;
– AFFA-nın təşkil etdiyi liqaların hər həftə minimum 1 oyunu canlı və ya videoyazı şəklində yayımlansın.

Tenderin məbləği 1 milyon manatdır. Bu vəsait Premyer Liqa klubları arasında bərabər şəkildə bölünəcək.

Tenderin qalibi oyunların görüntülərini yaymaq, satmaq, hər hansı digər yayımçıya vermək səlahiyyətinə malik olacaq.

Tenderin qalibi üçün stadionda reklam bannerləri üçün yer ayrılacaq.

Oyunların vaxtı 10 gün əvvəlcədən PFL və televiziya kanalı tərəfindən birgə müəyyənləşdiriləcək.

İnterpress.az