İnterpress.az xəbər verir ki, APA-Economicsin “Gazeta.ru”-ya istinadən verdiyi məlumata görə, bu gün ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 3,75% azalaraq 49,84 dollar olub.
Brent markalı neftin qiyməti yanvarın 15-dən ilk dəfə olaraq 50 dollardan aşağı düşüb.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 2,72% azalaraq 45,84 dollar təşkil edib.
Neftin qiymətinin ucuzlaşmasının səbəbləri kimi Çin iqtisadiyyatında yaşanan problemlər və yaxın zamanlarda İranın neft bazarına daxil olması ehtimalı göstərilir.
İnterpress.az