Bakıda avtobus vuran qız əlil ola bilərbackend

Bakıda avtobus vuran qız əlil ola bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vanessa Sahinovicin həyatı üçün təhlükə aradan qalxsa da, müalicəsi bitəndən sonra hərəkət qabiliyyətini tam bərpa edib-etməyəcəyi bilinmir.

Bu arada onun valideynləri yeni mənzil axtarışındadırlar. Bunu Avstriyanın sport.at saytı yazır.

“Ailə hazırda ikinci mərtəbədə yerləşən bir mənzildə yaşayır və mənzildən imtina etmək məcburiyyətindədirlər, çünki onlara əlil arabasının rahat girib-çıxa biləcəyi ev lazımdır.

Lakin ailə yaşadıqları Wiener Neudorfda qalmaq istəyir. Böyük, maneəsiz və daha yaxşı bir ev inşa edilə bilər – münasib torpaq sahəsində münasib bir ev” – deyə Viener Neudorfun bələdiyə sədri Herbert Yanschka öz bloqunda insanlara müraciət edir. Bələdiyyə sədri yardım etmək istəyənlər üçün ailə ilə əlaqə vasitələrini də bloqunda qeyd edir.

İnterpress.az